Gənc hüquqşünaslar hami təşkilatda təcrübə keçib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti hüquqşünaslıq ixtisasının tələbələri  Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində  olublar. Hamiliyə verilən tələbələrlə  keçirilən görüşdə Nazirliyin Təşkilat-inspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin müvafiq təşkilatlara hamiliyə verilməsi, bununla bağlı əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi ilə əlaqədar imzalanan müvafiq Sərəncamları diqqətə çatdırıb.

Təcrübə zamanı gənc hüquqşünaslara slaydlar vasitəsilə istintaq zamanı aparılan işlər əyani olaraq göstərilib, müxtəlif mövzularda təhqiqat işlərinin ardıcıllıqla və düzgün aparılması ilə bağlı izahlar veriblər. Tələbələr cinayət hadisələri zamanı hadisə yerinə baxış, maddi sübutların götürülməsi, saxlanılması və digər istintaq hərəkətləri, həmçinin sənədləşmələr, protokol və qərarlarla da bağlı məlumat  alıblar.

Sonra məktəbin Kriminalistika Kabinəsində olan gənc təhqiqatçılara ekspert-kriminalistin hadisə yerində iştirakının məqsədi, izlərin müasir texniki üsullarla aşkar edilib götürülməsi, foto və video çəkilişlərinin aparılması qaydaları izah edilib, Trasologiya, Daktiloskopiya, Kriminalistik Ballistika və cinayət işlərinin aşkarlanmasının digər üsulları tələbələrin diqqətinə çatdırıb.  

 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: