NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun Sələsüz kəndində arıçılıqla məşğul olan sahibkarlar üçün keçirilən müşavirədə bildirib ki, rayonda arıçılığın inkişafı üçün əlverişli şəraitin olması, eləcə də göstərilən dövlət dəstəyi nəticəsində arıçılığa maraq xeyli artıb. Hazırda rayonda 26 min 827 arı ailəsi bəslənilir. Ötən il rayonda arıçılara 265 min manata yaxın dövlət yardımı edilib, 72 min manata yaxın məbləğdə güzəştli şərtlərlə kredit verilib, rayon arıçıları tərəfindən 410 ton bal istehsal edilib.
Qeyd edilib ki, son illər Naxçıvanda arıçılıqla bağlı aparılan elmi araşdırmaların həcmi çoxalıb. Bu sahəyə dair kitab və dərsliklər nəşr olunub ki, sahibkarlar bunlardan istifadə etməklə keyfiyyət və məhsuldarlığa nail ola bilərlər. Xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə yollarından da danışılıb, dağlıq ərazilərdə xaşa, yonca əkinlərinin genişləndirilməsinin vacibliyi və arıçılıq məhsullarının yüksək tibbi əhəmiyyəti diqqətə çatdırılıb.
Mütəxəssislər sahibkarları maraqlandıran sualları cavablandırıb, yaddaş kitabçaları paylayıblar.
Mədinə Rəhimli