Kollektivlər Qarabağlar Türbə Kompleksini ziyarət ediblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli  rayon   Gənclər və  İdman, Statistika  İdarələrinin, Təhsil və Mədəniyyət Şöbələrinin kollektivləri  Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.

İştirakçılar  Kompleksin Xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar.   Eksponatlar haqqında iştirakçılara ətraflı məlumat verilib. Ekspozisiyada sərgilənən mis qablar, daş dəstər, XIX əsrə aid mis məişət əşyaları və XII-XVII əsrdə istifadə olunan qədim mis və gümüş sikkələr, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri  qonaqlar tərəfindən maraqla qarşılanıb.

                                                           Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: