Şahbuzda qadınlar arasında profilaktik müayinələr aparılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkimləri tərəfindən qadınlar arasında profilaktik müayinələrin aparılması davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qadın əhalisinə mama-ginekoloji xidmətin vəziyyətinin daha da yaxşılaşdırılması və ginekoloji xəstəliklərin vaxtında aşkar olunması məqsədilə həkim briqadası bu dəfə Şahbuz rayonunun Biçənək kəndində olub.

Mama-ginekoloq, ultrasəs müayinələri üzrə funksional-diaqnostik, nevropatoloq və laborantların təmsil olunduğu həkim briqadası kənd həkim ambulatoriyasında profilaktik müayinələr aparıb. Ambulator müayinələr zamanı qadın xəstəlikləri və onların risk amilləri araşdırılıb, xəstələr, həmçinin ortopedik-travmatoloji və psixiatrik müayinələrdən keçirilib, laborator təhlillər, elektrokardioqrafiya, ultrasəs müayinələrindən sonra müvafiq təyinatlar verilib. 20 qadın ginekoloji və ultrasəs müayinəsindən keçirilib. Yuxarı sinif şagirdlərindən 10 nəfəri pediatrik müayinə olunub, 20 laborator analiz aparılıb.

Qadınlar arasında ginekoloji problemi olan 5 nəfər isə dispanser qeydiyyatına götürülüb və əlavə müayinələr üçün Doğum Mərkəzinə dəvət olunub

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: