Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati xəta haqqında qərarın icrası hansı qaydada həyata keçirilir?
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati xəta haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmək hüququ 1 ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün, 1 il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə isə imtahansız həmin müddət bitdiyi gün qaytarılır.