Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 29 min 484 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,9 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, doğulanların 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 708-i əkiz, 21-i isə üçəmdir.
Yanvar-fevral aylarında ölkədə 19 min 14 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib.