Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri Nəbatat Bağı ərazisində ekskursiyada olublar

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat Bağı ərazisində ekskursiyada olublar.

Dərnək üzvləri dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən, Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkilər, həmçinin Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimali Amerika mənşəli bitkilər ilə tanış olublar. Eyni zamanda dərnək üzvləri Nəbatat Bağının təcrübə və Nadir bitkilər kolleksiyası sahələrinə də baxıblar.

Ekskursiyada dərnək üzvləri yeni gül növlərinə qulluq qaydalarını öyrəniblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: