Yanvar-mart ayları ərzində Azərbaycanda 10 mindən çox cütlük nikaha daxil olub

A- A A+

Bu ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10 min 334 nikah və 3704 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 təşkil edib.

Yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 587 nəfər gələn və ölkəmizdən 76 nəfər gedən qeydə alıblar. Ölkə üzrə miqrasiya saldosu müsbət 511 nəfər təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: