Kəngərli rayonunda Baytarlıq idarəsinin tikintisi davam etdirilir

A- A A+

Baytarlıq qurumlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Kəngərli rayonunda Baytarlıq İdarəsi üçün yeni inzibati bina inşa olunur. Yeni inşa olunan bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Müasir layihə əsasında inşa olunan binanın zirzəmi qatında arxiv, iş otaqları, süni mayalanma avadanlıqlarının və dərmanların saxlanc otaqları, yeməkxana və qazanxana yerləşəcək. Birinci mərtəbədə iş otaqları, laboratoriya, patoloji materialların qəbulu otağı, bakteriologiya və serologiya şöbələri, ikinci mərtəbədə isə iş otaqları, baytar həkimi və sahə baytar məntəqəsi üçün otaqlar olacaqdır.

Qeyd edək ki, Baytarlıq İdarəsi üçün binanın tikintisinə cari ilin aprel ayından başlanılıb. Yeni inzibati binanın inşası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir. İnşaat işlərində keyfiyyət amilinə ciddi önəm verilir, əsasən, yerli materiallardan istifadə olunur, texniki təhlükəsizlik diqqət mərkəzində saxlanılır.

                                                                                           “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: