Culfa rayonunda 12 müxtəlif təyinatlı obyektin tikintisi, əsaslı təmiri davam etdirilir

A- A A+

Culfa rayonunda tikinti-quruculuq tədbirləri geniş vüsət alıb. Belə ki, 2021-ci ilin yanvar-mart aylarında rayonda 2 müxtəlif təyinatlı obyekt tikilib və ya əsaslı təmir olunub. 12 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri isə hazırda davam etdirilir.

Rayonda fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialı üçün yeni binanın tikintisinə başlanılıb. Ümumilikdə, 465 kvadratmetr sahədə yerləşəcək bina iki mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, gözətçi otaqları, müştəri zalı, qazanxana və foye, ikinci mərtəbəsində isə direktor otağı və əlavə iş otaqları yerləşəcək. Artıq hər iki mərtəbədə beton işləri başa çatıb, birinci mərtəbədə hörgü işləri davam etdirilir. Yaxın günlərdə isə binanın dam örtüyünün vurulmasına başlanılacaq. İnşaatçılar obyektdə işlərin keyfiyyətlə və vaxtında tamamlanması üçün səylə çalışırlar. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialı üçün yaradılan şərait əhalinin, o cümlədən sahibkar və torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: