Azərbaycanda 4 televiziya yayımçısının lisenziyasına xitam verilib

A- A A+

Mayın 24-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət müzakirə olunub.

MTRŞ-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq, Milli Televiziya və Radio Şurası ona ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 2018-ci il 19 yanvar tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımının 2021-ci il iyunun 1-də saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.

İclasda, həmçinin “Kaspi Global” MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini, “Mingəçevir” Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və “Alternativ Tele-Radio” MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq, bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: