Naxçıvanda ilk dəfə olaraq ali təhsil müəssisələrinin I Regional hüquq olimpiadası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Hüquq həftəsi” layihəsinin açılış mərasimində rektor Elbrus İsayev ilk dəfə olaraq keçirilən layihənin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, universitet muxtar respublikada “Hüquqşünaslıq” ixtisası üzrə mütəxəssislərin yetişdirilməsi işini uğurla həyata keçirir. Belə ki, əsaslı şəkildə yenidən təmir edilən Beynəlxalq münasibətlər və Hüquq fakültəsində “Diplomatiya mərkəzi” və “Məhkəmə Ekspertizası və Kriminalistika” laboratoriyası yaradılaraq ən müasir avadanlıqlarla təchiz edilib.

Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin qeyri-hüquq ixtisası üzrə tələbələrin iştirakı ilə keçirilən olimpiadada tələbələr Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dair biliklərini nümayiş etdiriblər.

Finala vəsiqə qazanan iştirakçılar “Məhkəmə ekspertizası və Kriminalistika laboratoriyası”nda təcrübə dərslərində iştirak ediblər. Naxçıvan Dövlət Universiteti “Tarix müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Cabbar Məmmədov olimpiadanın qalibi olub. Universitetin “İngilis dili və tərcümə” ixtisası üzrə II kurs tələbəsi Ramil Abdullayev II, “Naxçıvan” Universiteti Dinşünaslıq ixtisası üzrə IV kurs tələbəsi isə III yerin sahibi olub.

Qeyd edək ki, Hüquq həftəsi çərçivəsində keçirilən olimpiadanın əsas məqsədi istedadlı tələbələrin üzə çıxarılması, Hüquq ədəbiyyatlarının gənclər arasında təbliği, o cümlədən olimpiada hərəkatına təkan verməkdir.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: