Muxtar respublikada qədim toxuculuq sənətinin inkişaf etdirilməsi,qadınların bu sahəyə marağının artırılmasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına təkan verir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şahbuz rayonunda müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlimin keçirilməsi də bu məqsədə xidmət edir. Təlimdə 4 aztəminatlı ailənin üzvü, 16 sağlamlıq imkanları məhdud qadın və 5 Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri olmaqla 25 nəfər iştirak edib.
Qeyd edək ki, bu il toxuculuq ilə bağlı Sədərək, Culfa və Şərur rayonlarında təlimlər keçirilib.
İstedadlı toxucu qadın Gülsüm Kəngərli tərəfindən keçirilən təlimə əyani vəsaitlərdən istifadə etməklə başlanılıb və təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.