Mayın 31-dən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur

A- A A+

Mayın 31-dən Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, metronun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: