Koronavirusa ən çox yoluxma sosial aktiv olan yaş qruplarında qeydə alınır - FOTOLAR
Bir il ərzində yaş qrupları arasında koronavirusa yoluxmalarda ciddi dəyişiklik olmayıb. Ən çox yoluxma yenə də sosial aktiv olan yaş qruplarında qeydə alınır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, yoluxma halları daha çox 30-69 yaş qrupunda müşahidə olunur.