Müəssisələrdə mülki müdafiə işinin təşkilinə diqqət artırılır - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir Naxçıvan Muxtar Respublikası Prokurorluğunda və Naxçıvan şəhər Peşə Liseyində təşkil olunub.

Tədbirin təşkilində əsas məqsəd kollektivə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olub.

Tədbirdə yanğın, yanğına səbəb olan amillər, ilkin yanğınsöndürmə vasitələri radioaktiv zəhərlənmələr, fərdi mühafizə vasitələrinin təyinatı, istifadə qaydaları və istismar şəraiti haqqında iştirakçılara məlumat verilib.

Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılıb, mövzulara aid videoçarxlar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: