Sədərəkdə təşkil olunan humanitar tibbi aksiyaya 120 nəfər  cəlb olundu - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri tərəfindən növbəti tibbi aksiya Sədərək Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq 120 nəfərin siyahısı hazırlanaraq xəstəxanaya dəvət olunub. Onlardan 70-i günorta saatlarınadək  tibbi müayinədən keçirilib. Gün ərzində laborator təhlillər, rentgen, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, müvafiq təyinatlar verilib. Müayinələrin aparılmasında stomatoloq, rentgenoloq, kardioloq, endokrinoloq, oftalmoloq, nevropatoloq, fizioterapiya, USM aparatı, laborant və digər ixtisas həkimləri  iştirak ediblər.

Qeyd edək ki, səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə muxtar respublikada ilk dəfə Sədərək rayonunda icbari tibbi sığorta  tətbiq edilib. Tibbi sığortanın təşkili ilə əlaqədar rayon mərkəzi xəstəxanası kompüterlərlə təmin edilərək səhiyyə informasiya sistemi yaradılıb, zəruri tibbi avadanlıqlarla təchiz edilib. İcbari tibbi sığortanın tətbiqi bu səhiyyə müəssisəsini yeni   inkişaf mərhələsinə çıxarıb.
Tibbi aksiyalar digər rayonlarda da davam etdiriləcək.

                                                      

Adilə Səfərova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: