Şərurda yaylağa köç üçün hazırlıq işləri başlayıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərurun təcrübəli ailə təsərrüfatçıları, fermerlər yaylağa yola düşməyə  hazırlaşırlar. Bu məqsədlə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən  yaylaq yolları  təmir olunur.

Artıq arıçılar istifadə etdiyi Axura-Billəva istiqamətindəki 5 kilometr məsafədə dağ yolu təmir olunaraq abadlaşdırılıb. Heyvandarların istifadə edəcəyi Dərəkənd-Qaraquş istiqamətindəki yolun isə 25 kilometrliyində təmir işləri aparılıb. Qışdan yağan qar, yağış nəticəsində dağılmış, sel yumuş yolların təmiri davam etdiriləcək.

Qeyd edək ki, muxtar respublikamızda bu gün kənd təsərrüfatı sahəsinə göstərilən qayğı heyvandarlığın, arıçılığın inkişafına da geniş imkanlar açıb. İsti yay günləri gələndə isə arı ailələrinin, mal-qaraların yaylağa aparılması vacib şərtdir. Çünki dağlarda bitən otlar, gül-çiçəklər, həmçinin sərin hava istər heyvandarlıq, istərsə də arıçılıq üçün əlverişli şərait yaradır. Bütün bunlar nəzərə alınaraq təsərrüfatçıların yaylağa rahat getmələri üçün yolların abadlığı diqqətdə saxlanılır. 

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: