“Beynəlxalq Duzdağ araşdırmaları” konqresi keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, NDU-da təşkil olunan plenar iclasda rektor Elbrus İsayev qeyd edib ki, Naxçıvanın simvollarından biri hesab edilən, təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağ qədim diyarımızda ilkin şəhər mədəniyyətinin formalaşmasında böyük rol oynayıb. Ölkəmizdə təkcə saf və təmiz duzuna görə deyil, həm də şəfaverici xüsusiyyətinə görə tanınan bu dağdan hələ min illər əvvəl, Nuh Peyğəmbər dövründən duz çıxarılıb, Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə duz yolu vasitəsilə bu nemət daşınıb. Vurğulanıb ki, Naxçıvanın tarixində Duzdağın və duzun oynadığı mühüm rol nəzərə alınaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, arxeoloji tədqiqatlar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi yaradılıb. Rektor bugünkü mövzunun aktuallığından danışaraq gələcəkdə doktorant və dissertantların bu istiqamətdə aparacaqları elmi tədqiqat işlərinin vacibliyindən danışıb.   

“Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır”,-deyən  Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə aparılan arxeoloji tədqiqatların davamı kimi “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla təsdiqini tapıb, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqında elmi materiallar hazırlanıb, kitablar nəşr olunub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Almanın, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin mövzu ilə bağlı çıxışları dinlənilib.

Bildirib ki, diyarımızın qədim tarixini və mədəni potensialını özündə cəmləşdirən Duzdağ həm də özünün şəfaverici xüsusiyyətinə görə tanınır. 1979-cu ildə yaradılan Duzdağ Fizioterapiya Mərkəzində hazırda bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar.

Konqres “Duzdağın kimyası və müalicəvi əhəmiyyəti, “Sosial, iqtisadi və mədəni təsirdə Duzdağ”, “Duzdağ və ətrafının florası” adlı 3 bölmədə davam edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: