Naxçıvanda təbii fəlakətin vurduğu ziyanın qarşılığı ödənilib - FOTOLAR

A- A A+

Ötən ay muxtar respublikanın şəhər və rayonlarında əsən güclü külək bir çox sakinin evlərinin dam örtüklərini yararsız hala salıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti tərəfindən aprelin 10-da baş verən təbii fəlakətdən zərər çəkən bölgələrdə araşdırmalar aparılıb, əhaliyə dəymiş ziyan hesablanaraq ödənilib.

Xidmətin əməkdaşları təbii fəlakət nəticəsində zərər çəkən 39 sakinin evinə baxış keçirib. Dəymiş zərərin miqyası dəqiqləşdirilərək qiymətləndirilib və 18 min 442 manat sığorta zərər ödənişi təmin edilib.

Qeyd edək ki, Dövlət Sığorta Xidməti tərəfindən aparılan sığorta növləri üzrə bu ilin ötən dövrü ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 204, könüllü sığorta üzrə isə 480 nəfərə sığorta ödənişləri ödənilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: