Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

A- A A+

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 615 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 149, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 466 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 055 986 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 184 780, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 821 206 təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: