Mayın 27-də Azərbaycanda koronavirusa qarşı 51 minə yaxın doza vaksin vurulub

A- A A+

Mayın 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 50 min 903 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41421, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9482 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 106 min 889-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 226 min 201, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 880 min 688 nəfərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: