Babək rayonunda ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib

A- A A+

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, maarifləndirici görüşdə mütəxəssislər əkin atlaslarına uyğun əkinlərin aparılmasının, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsinin, daşınmaz əmlak obyektlərinin pasportlaşdırılmasının əhəmiyyəti, hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün lazım olan əsaslar, eləcə də meyvə, tərəvəz və bostan məhsullarının qurudulması və qablaşdırılmasının, kataloqunun hazırlanmasının əhəmiyyəti barədə təsərrüfat sahiblərinə məlumat verib.

Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.

Qeyd edək ki, görüş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun, eləcə də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: