Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi: yerli istehsal və uğurlu nəticələr

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyniadlı konfrans “Naxçıvan” Universitetində təşkil olunub. Konfransda universitetin rektoru Nurlana Əliyeva bildirib ki, etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərtidir. Rektor bu sahədə Ulu Öndər Heydər Əliyevin ideyalarının uğurla davam etdirildiyini, Prezident İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi, daim diqqət mərkəzində saxladığını, ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb.

Vurğulanıb ki, bu gün bütün dünyada bu sahədə ciddi problemlər yaşanır. Ancaq ölkəmizdə və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılan düzgün siyasət nəticəsində ərzaq təhlükəsizliyi tam təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş dövlət proqramları muxtar respublikanın sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac verib.

Konfransda “Ərzaq təhlükəsizliyinin təmin edilməsində yerli istehsal müəssisələrinin rolu” və “İnnovasiyalı və dayanıqlı iqtisadiyyatda davamlı inkişaf Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas şərtdir” mövzuları ilə də bağlı çıxışlar  olub.

Konfrans bölmə iclasları ilə davam edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: