Babəkin su anbarlarında 80 milyon kubmetrə yaxın su ehtiyatı var

A- A A+

Hazırda Babək rayonu ərazisində yerləşən su anbarlarında 79,7 milyon kubmetr su ehtiyatı vardır. Aprel ayı ərzində su istifadəçilərinə 4,12 milyon kubmetr su verilib, bunun müqabilində 3 min 712 hektar əkin sahəsi suvarılıb.

Ötən ay melioratorlar tərəfindən 910 metr beton və torpaq kanal, 800 metr kollektor, 6,9 kilometr ara arx, 1,2 kilometr açıq drenaj kanal lildən təmizlənib, 48 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb, 1 kəhrizdə və 10 subartezian quyusunda, “Nehrəm”, “Sərhəd dəstəsi”, “Qoşadizə”, “Hacıvar”, “Araz-1” nasos stansiyalarının təzyiqli boru xətlərində, Heydər Əliyev Su Anbarının qəza suburaxıcı qurğusunun tunel hissəsində təmir bərpa işləri aparılıb, əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün 101 metr yeni içməli su xətti çəkilib, 903 metr mövcud xətlərdə, 8 metr kaptajda təmir-bərpa işləri yerinə yetirilib. Uzunoba Su Anbarının yaxınlığında olan təpədə salınmış meyvə bağını suvarma suyu ilə təmin etmək məqsədilə 50 metr suvarma, 7,2 kilometr paylayıcı boru xətləri quraşdırılaraq tikinti işləri başa çatdırılıb. Ümumilikdə, 8 terrasdan ibarət olan sahəyə 3,2 kilometr suvarma, 7,2 kilometr paylayıcı boru xətləri çəkilib, hər birinin tutumu 10 ton olan 2 çən quraşdırılıb. Bundan əlavə, əraziyə 3,5 kilometr uzunluğunda yol çəkilib, Uzunoba gölünün yaxınlığında olan təpədə salınmış meyvə bağını suvarma suyu ilə təmin etmək məqsədilə 1 subartezian quyusu istifadəyə verilib.

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: