Muxtar respublikada tütün yığımı davam edir - FOTOLAR
Muxtar respublikada tütünün ikinci qırım vaxtıdır. NUHÇIXAN xəbər verir ki, fermerlər təsərrüfatlarından yığdıqları məhsulları “Cahan Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətinin tütün yetişdirmə məntəqəsinə təhvil verirlər. Məhsulun dəyəri isə yerindəcə ödənilir.
Muxtar respublikamızda tütünçülük təsərrüfatlarından yığılan məhsullar Kəngərli rayonundakı Tütün Yetişdirmə Təsərrüfatına gətirilərək qurudulur. Qurudulan tütün Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Tobacco” fabrikinə göndərilir. Fabrikdə “Cahan”, “Visore”, “Nova” “Fine” və sair markalı filtrli siqaretlər istehsal olunur. Cəmiyyətdə bazarın tələbatına uyğun olaraq 11 növdə filtrli siqaret istehsal olunur ki, bu məhsulların 10 faizi daxili tələbatı ödəyir, 90 faizi isə 8 xarici ölkəyə ixrac olunur.
Bu bitki Kəngərli, Şərur və Babək rayonlarında daha geniş ərazilərdə əkilib.
Röyal Kərimov