Sərhəd namusdur, Ermənistan isə onu yadlara etibar edir

A- A A+

“Hərif çabalayır”,- yəqin  ki, bu ifadə milli kinomuzun həvəskarı olan hər bir izləyici üçün yaxşı tanışdır. İfadə məşhur “Onu bağışlamaq olarmı?” filmində cinayətkarı dalana qısnayan hüquq mühafizə orqanının əməkdaşı tərəfindən  səsləndirilib. Son vaxtlar Ermənistan adlanan (sındırılmış) oyuncaq dövlətin istər rəhbərliyinin, istər ordusunun, istərsə də siyasətçilərinin özlərini necə aparmasını görəndə bu ifadənin sanki  onlar üçün deyildiyi ortaya çıxır.

Tarixə 44 günlük savaş kimi yazılan və qalibiyyətlə başa vurduğumuz Vətən müharibəsindən sonra ermənilərin təlaşı və fiaskosu göz qabağındadır. Özlərinə məxsus internet resursları və kütləvi informasiya vasitələrini izləyəndə bu toplumun onlara Azərbaycan tərəfindən dəyən “Dəmir yumruq”dan sonra hələ də özlərinə gələ bilmədiyi aydın görünür.

...Jurnalistika tədqiqatı və araşdırmanı sevir. Hər hansı bir məsələ ilə bağlı yazı yazanda və yaxud da televiziya üçün veriliş hazırlayanda mütləq ətraflı və geniş şəkildə tədqiqat aparılmalıdır. Digər tərəfdən isə istər dost, istərsə də düşmən olan ölkələrin bizə qarşı münasibətini bilmək üçün mütləq onların KİV-lərində gedən yazıları və münasibətləri öyrənmək vacibdir. Oxumaq, izləmək, həmin cəmiyyətdə hansı fikrin formalaşdığı ilə bağlı nəticə çıxarmaq hər bir normal düşüncəsi olan adam üçün adi haldır. Bu digər tərəfdən də peşəkarlığın bir prinsipidir. (Ona görə də jurnalist ən azından bir neçə dili mütləq bilməlidir.) Son vaxtlar, daha dəqiqi, Vətən müharibəsindən sonra erməni saytlarının rus seqmentində izlədiyimiz materialların əksəriyyətində bu ölkədə özünəinamsızlıq, xaos, ordunun tamamilə gücdən düşməsi,  seçki ərəfəsində az qala vətəndaş müharibəsi həddinə çatan sosial gərilim diqqətdən yayınmır. Bir-birini ittiham edən siyasətçilər, Azərbaycan əsgərinin ortaya qoyduğu faktların qarşısında aciz qalan tarixçilər, kimlər, kimlər... Bu miskin mənzərə, təbii ki, məğlub Ermənistanın reallığıdır. Halbuki, bu xaos dövlət bir zaman özünün işğalçı ordusu ilə fəxr edirdi. Bir yumruqla cəmi 44 günə Azərbaycan əsgərinin dağıtdığı ordusu ilə!!!    

Azərbaycan Silahlı Qüvvələri və onun müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dünyanın hərb tarixinə müasir müharibə simvolu kimi yazılan 44 günlük müharibədən sonra ermənilərin davranışları və özlərini necə aparması, Qafqaz coğrafiyasının xalqlarına məxsus qürurun nümayiş edilməməsi onların bu ərazilərə gəlmə olduğunun bir daha sübutudur. Qorxaqcasına özündən güclünün, qalibin (Azərbaycanın) öz torpaqları üçün  ədalət savaşında bütün üstünlüklərini həzm edə bilməmələri, özünü dünyaya əzilən, miskin, döyülən, zavallı bir xalq kimi “sırıması”,  acizliklə qoltuğuna sığınıb hamı bildiyi dövlətlərin nümayişkaranə “dabanlarını yalama” davranışı heç bir Qafqaz xalqına məxsus deyil və ola bilməz! Amma ermənilər bunu utanmadan edirlər. Halbuki, qürurlu qafqazlı döyüşdə məğlub olsa belə, özündən güclünün qüvvəsini kişi kimi qəbul edir. Hətta “Savaşanda da elə savaş ki, barışanda üzün olsun”,- prinsipi ilə dava edir. Ermənilərdə isə bütün bunların heç birinə rast gəlmək mümkün deyil. Azərbaycanın öz sərhədlərini bərpa etməsini beynəlxalq səviyyədə şouya çevirən, məlum arvadlar kimi “şüvən” qoparan bir toplumun məxsus olduğu dövlətin də hansı təməllər üzərində qurulduğu və  kimdən asılı olduğu son vaxtlar Ermənistanda baş verən hadisələrin fonunda aydın göründü. (Çünki ermənilərin qədim dövlətçilik ənənəsi olmayıb).

Biz adətən “Vətən sərhəddən başlanır”, “Sərhəd hər bir dövlətin namusudur” kimi ifadələrlə tərbiyələnmişik. Bunu hərbi doktrina, əxlaq prinsipi kimi qəbul edib, əbədi yaddaşımıza yazmışıq. Amma Ermənistan dövləti özünün qoruya bilmədiyi sərhədlərini bu gün beynəlxalq səviyyədə “hərraca çıxarır”. Özünü dövlət adlandıran bir qurum çıxış yolu üçün ortaya sual qoyur: kim qorusun bu sərhədləri? Ermənistan üçün indi ən önəmli məsələ budur. Rusiyamı,  yoxsa ATƏT-in həmsədr olan ölkələrimi? (Yaxşı yadımdadır,  ATƏT-in həmsədrləri İrəvandan Bakıya gələndə həmişə hava limanında tut arağının iyini yaya-yaya yerli jurnalistlərə müsahibə verirdilər). Sadə bir məntiq, namusu sayılan sərhədini özü qoruya bilməyən dövlətdən və onun vətəndaşından nə çıxar? Bu təkcə dövlətin deyil, soyu-kökü mübahisəli olan bir millətin şəxsi faciəsidir. O millətin ki özünün vəhşiliyi, aqressiyası, təhlükəsi ilə qonşularına, ən çox da bizə- azərbaycanlılara yaxşı tanışdır.  Son zamanlar alçaqcasına, qəfildən 6 əsgərimizin üzərinə hücum edən 50 erməni dığasının beş-on dəqiqəlik “zəfər eyforiyası”nı yəqin ki, saxtakarlıqla tarixə böyük qələbə yürüşü kimi yazacaqlar. Halbuki, bir neçə saat sonra dalına təpik vurulan erməni əsgərinin təpikli dalınca da yaşadığı səyyari evi- taxta “domiki” 3 Azərbaycan əsgəri tərəfindən dağdan aşağı yuvarladıldı. 5 dəqiqəlik “erməni qəhrəmanlığı” beləcə dərələrə gömüldü.         

Ermənilər həmişə azlıqda “quzu”, çoxluqda “şir” olublar. Bunu Sovet Ordusunda xidmət edən hər kəs yaxşı bilir. Az olduqda “biz də qafqazlıyıq” deyib azərbaycanlı, dağıstanlı, gürcülərin qanadına sığınır, çox olduqda isə “bizdən yoxdur” deyib sürü ilə gəzirdilər. 44 günlük müharibədə isə bu üzləri daha aydın sərgiləndi. Azərbaycanda xalq arasında çox məşhur bir ifadə var, hay-küy salanlar barəsində deyirlər: deyəsən, erməni qan görüb. Qarabağ torpağında 2020-ci ilin sentyabrın 27-dən – noyabrın 9-na qədər  davam edən savaşda  5500-ə yaxın əsgərini itirən ermənilərin gördüyü qanın xofu, deyəsən, hələ də canlarından çıxmayıb. İndi Ermənistan hakimiyyəti qaranlıqda düşmənini görməyən əliağaclı adama oxşayır. Sağa, sola bu ağacı  fırlamaqla özünü qorumaq istəsə də, arada öz başına da kötək vurur. Bu məsələdə fikirlərimi gücləndirmək üçün Ermənistan saytlarında gedən yazıların yalnız başlıqlarını təqdim etmək istəyirəm: “Azərbaycan Ermənistandakı seçkilərə təsir etmək istəyir: Paşinyan”, “Otaqda oturub kişilikdən danışmaq asandır: Paşinyan Köçəryanı və Ter-Petrosyanı debata çağırdı”, “Ermənistan sərhədlərdəki vəziyyətin tənzimlənməsi ilə bağlı Rusiyanın təklifini qəbul edir”, “Koçaryan: məqsəd ordunu və Milli Təhlükəsizlik Xidmətini bərpa etməkdir”, “Rusiya sərhədçiləri ya müşahidəçilər: kim sərhəddə dayanacaq, Paşinyan bu haqda danışdı” və sairə və ilaxır... Bu məqalə və yazılarda isə təslimçilik ruhu, gedən ictimai-siyasi proseslərin və  hadisələrin fonunda başını itirmək və miskinlik dayanır... “Qatarda” tamaşasında Dadaşovun dediyi kimi, “Məlumdur!”.

P.S. Hər bir türk, azərbaycanlı, bəlkə də qafqazlı üçün ən böyük təhqir ona “Sən ermənisən!” deməkdir. Bir millət olaraq özünü bu qədər aşağılayan bir toplumun nümayəndəsi olmaq, doğurdan da, qəliz məsələdir. Milli qürur və qeyrət həqiqətən də hər xalqa nəsib olmur.

 

Səməd Canbaxşiyev   

Naxçıvan Muxtar Respublikasının əməkdar artisti  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: