“Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər edilib

A- A A+

Parlamentin mayın 31-də keçirilən yaz sessiyasının plenar iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi qaydada və məbləğə aylıq əlavə haqq ödəniləcək.

Bundan başqa, prokurorluq, müdafiə, DTX, sərhəd xidmətində çalışan şəxslərin qulluq illəri dövlət qulluğu stajına daxil ediləcək. Belə ki, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında qulluq (xidmət) illərinin və dövlət qulluğu stajı qarşılıqlı nəzərə alınacaq.

Dəyişiklikdə, 1-3-cü kateqoriyalar üzrə dövlət orqanlarında bəzi vəzifələrə qəbulun yalnız daxili müsahibə əsasında həyata keçiriləcəyi də əks olunub. Belə ki, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, mərkəzi icra hakimiyyəti orqanlarında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) qəbul yalnız həmin orqanların təşkil etdikləri daxili müsahibə əsasında həyata keçiriləcək.

Dövlət orqanlarında 10 il iş stajı olan və elmlər doktorlarının dövlət qulluğuna qəbul qaydalarında da dəyişiklik edilib. Elmlər doktoru elmi dərəcəsi olan şəxslər dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: