Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə qanvermə aksiyası təşkil olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilib.
Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan qanvermə aksiyasının məqsədi talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən xəstələrə, o cümlədən uşaqlara dəstək olmaq və onların qana olan ehtiyaclarını ödəməkdir.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Qeyd edək ki, qanvermə aksiyasında 33 nəfər iştirak edib.
Adilə Səfərova