Naxçıvanda elektrik enerjisinə olan tələbatın 50 faizi bərpaolunan enerji mənbələri hesabına ödənilir - VİDEO

A- A A+

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadə olunaraq tələbatın tamamilə bu cür təbii vasitələrlə ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Son illər muxtar respublikada bir-birinin ardınca yeni Günəş, su və külək elektrik stansiyalarının tikilməsi də bunun bariz nümunəsidir. Bu işlərin davamı kimi, ötən həftə 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyası istifadəyə verilib. Bununla da muxtar respublikada günəş elektrik stansiyalarının gücü 32 meqavata çatdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: