Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

A- A A+

İyunun 2-si axşamdan külək əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: