Yüksəkixtisaslı həkimlər Culfada 252 nəfəri müayinə edib - FOTOLAR

A- A A+

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin tibb heyəti Culfa rayonunda humanitar tibbi aksiya keçirib. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir, axşam saatlarınadək davam edən humanitar tibbi aksiyada 252 nəfərin müayinəsi həyata keçirilib. 3 nəfər müalicə üçün Diaqnostika Müalicə Mərkəzinə dəvət olunub. Xəstəxanaya müraciət edənlər, həmçinin endokrinoloq, nevropatoloq, ürək-damar cərrahı, ümumi cərrah, nefroloq tərəfindən də müayinələrlə əhatə olunublar. 30 nəfər isə elektrokardioqrafiya müayinəsindən yararlanıb, onlara tibbi göstərişlər verilib.

Diaqnostika Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqların işləmə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.

Qeyd edək ki, humanitar aksiyanın il ərzində digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

 

Oruc Məmmədyarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: