Erməni əsirliyində olmuş Həbib Kazımov: Lüdviq Mkrtiçyan bıçaqla baldırımın ətini kəsib

A- A A+

Mən 1994-cü ildə Kəlbəcər rayonunda, “Ömər” aşırımı adlanan ərazidə mühasirə nəticəsində əsir götürülmüşəm. Əvvəlcə bir neçə gün Kəlbəcər rayonunun Yanşaq kəndində və digər ərazilərdə saxlanıldıqdan sonra məni Ağdərə rayonuna - Suqovuşan istiqamətinə aparıblar. Daha sonra Xankəndidə saxlanılmışam.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və onlara qarşı digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə iyunun 2-də Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında zərərçəkən qismində dindirilən Samir Əliyev jurnalistlərə müsahibəsində bildirib.

Hazırkı məhkəmə iclasında ittiham olunan şəxslər, xüsusilə Lüdviq Mkrtiçyan tərəfindən daha ağır işgəncələrə məruz qaldığını qeyd edən Həbib Kazımov deyib: “Bizə dəhşətli işgəncələr verirdilər. Lüdviq Mkrtiçyan məni ələ salmaq üçün əl-qolumu bağlayıb bıçaqla sağ ayağımın - baldırımın ətini kəsib. Özü də əvvəlcə mənə dedilər ki, sənin baldırının ətini kəsib götürəcəyik. Dişlərimə baxdılar və mənə dedilər ki, niyə sənin ağzında qızıl diş yoxdur? Bundan sonra dişlərimi sındırıb, çıxardılar. Daha sonra məni Şuşa həbsxanasına apardılar. Lüdviq Mkrtiçyanı orada da gördüm. Orada da bizi “dubinka”, armatur parçaları və digər vasitələrlə döyürdülər. Şuşadan olanlar yaxşı bilirlər, orada tikanlı ağac budaqları – meşə odunu olur. Həmin tikanlı ağaclarla kürəyimdən vururdular. Kürəyimdə dərin yara izləri hələ də qalır. Bundan başqa, müxtəlif mənəvi, psixoloji işgəncələrə də məruz qalırdıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: