Nur-Sultanda Dünya və Ənənəvi Dini Liderlərin VII Qurultayı 2022-ci ildə keçiriləcək

A- A A+

Qazaxıstanda bu ilin iyununda keçirilməsi planlaşdırılan Dünya və Ənənəvi Dini Liderlərinin VII Qurultayı 2022-ci ilə təxirə salınıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu bərədə Qazaxıstan Parlamenti Senatının mətbuat xidməti məlumat yayıb. Qurultayın təxirə salınmasının səbəbi ölkədə epidemioloji vəziyyətlə bağlıdır.

Məlumatda bildirilir ki, Qazaxıstanda və dünyada epidemioloji vəziyyətlə əlaqədar qurultay 2022-ci ilə təxirə salınıb. Tədbirin dəqiq tarixi qarşıdakı günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Dünya və Ənənəvi Dini Liderlərin VII Qurultayının 2021-ci il iyunun 15-16-da Nur-Sultanda keçirilməsi nəzərdə tutulmuşdu. Qurultay 3 ildən bir keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: