Batabat və Qanlıgöl yaylaqlarına gedən yollar təmizlənərək genişləndirilib

A- A A+

Muxtar respublikada heyvandarlıqla məşğul olan sahibkarlar yay aylarında mal-qaranı, əsasən, Şahbuz rayonundakı Batabat və Qanlıgöl yaylaqlarında saxlayırlar. Geniş və zəngin otlaqlar heyvandarlıq üçün tam yararlıdır. Heyvandarların yaylaqlara rahat qalxmaları üçün oba yolları genişləndirilib və daşlardan təmizlənib. Artıq muxtar respublika ərazisində maldarlıqla, heyvandarlıqla məşğul olan sakinlərin yaylaqlara köç mövsümü başlayıb. Bununla əlaqədar olaraq rayon ərazisində yerləşən bütün yaylaqlarda dezinfeksiya işləri aparılır və obalara gedən yollar qreyder vasitəsilə təmir olunur. Bu yolların təmiri həm də arıçılıqla məşğul olan sahibkarların öz arı ailələrini daha rahat şəkildə başqa ərazilərə köçürmələri üçün imkan yaradıb. Qeyd edək ki, yaylaq mövsümünün başlanması ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətində qrafik hazırlanıb. Qrafikə əsasən, yaylaqlarda oba sakinlərinə səhiyyə və iaşə xidmətləri, o cümlədən təsərrüfatlar üçün baytarlıq xidmətinin də göstərilməsi nəzərdə tutulub.

                                                                      “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: