Dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb etdiyindən muxtar respublikamızda bu sahənin inkşafı daim diqqət mərkəzində saxlanılır. Kənd əhalisi onlara verilən torpaq sahələrindən geniş və səmərəli istifadə edərək əsasən taxılçılığa üstünlük verirlər. Artıq kəndlilər və fermerlər zəhmət bahasına əkib becərdikləri taxılın biçilməsinə başlayıblar. Dənli və texniki bitkilərin, o cümlədən taxıl tədarükünün artırılması ilə bağlı qarşıya qoyulan vəzifələrdən biri də strateji əhəmiyyətli məhsulların yanğından qorunması, biçin dövründə yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsidir.
2021-ci ildə taxıl biçininə hazırlıqla bağlı muxtar respublika ərazisində taxıl biçini dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün “Naxçıvan” Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti və onun rayon bazalarında və Bərəkət Toxumçuluq MMC-nin nümayəndələri ilə birgə biçinə cəlb olunan kombaynlarda və digər kənd təsərrüfatı texnikalarında ümumilikdə 99 kombaynda yanğın-texniki müayinələr aparılıbdır. Müayinə zamanı texnikalarda remen ötürücülərinin mühafizə örtükləri və çıxış tüstü borularının qığılcımsöndürənlərlə təmin olunmasına nəzarət olunubdur. Bахış kеçirilmiş kоmbаynların tехniki cəhətdən sаz оlmаsı və yanğınsöndürən vаsitələrlə təchiz edilməsinə və kоmbаynlаrdаn yаğ-yаnаcаq sızmаsınа хüsusi diqqət vеrilibdir. Baxışlar zamanı sahibkarlar, torpaq mülkiyyətçiləri və kombayn sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və onlara yanğına qarşı tövsiyə xarakterli yaddaş kitabçaları təqdim olunub. Taxıl biçini zamanı baş verə biləcək yanğın hadisələrinin genişlənmədən qarşısını almaq məqsədilə kоmbаyn sürücülərinə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “101” və “112” qaynar telefon xəttinə məlumatların verilməsi, yanğın hadisəsi zamanı davranış qaydaları haqqında məlumat verilib, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları öyrədilib.
Tахıl yığımı kоmpаniyаsınа hаzırlıq mərhələsində 10 un dəyirmаnındа və 2 yеm аnbаrındа yаnğın-tехniki müаyinələr аpаrılıb, 1196 nəfər yаnğınа qаrşı təlimаtlаndırılıb və bu sahədə işlər davam etdirilir.
Biçin dövründə zəmilərin yaşıl örpəyinin qızılı donla əvəz olunduğu, kombaynların sahələrə çıxdığı taxıl yığımı, mal-qara üçün yem tədarükü görüldüyü mövsümdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Birinci növbədə, qeyd etmək istəyirik ki, kənd təsərrüfatı məhsullarının yanğından qorunması təkcə yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də kənd təsərrüfatında, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin, təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin və sürücülərin ümdə vəzifəsi olmalıdır.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi taxıl biçimi dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və biçin zamanı yanğınların baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədi ilə kəndliləri və fermerləri aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
Mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Ot biçimi və taxıl yığımı başlayan vaxtdan qurtaranadək onlar yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla bağlı kənd təsərrüfatı əməkçiləri arasında müvafiq maarifləndirmə işlərinə geniş yer verməlidirlər.
Ot-taxıl yığımına başlamazdan öncə bütün təsərrüfat rəhbərləri, biçində iştirak edən hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı hazırlamalı, onları yanğına qarşı texniki müayinədən keçirməli, ilkin odsöndürücü vasitələrlə təmin edilməlidir. Taxıl biçinində iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər mexanizatorlar, eləcə də məhsul yığımına cəlb edilən hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi proqram üzrə yanğına qarşı təlimat keçməlidir. Yanğın təhlükəsizliyi üzrə təlimat almayan şəxsə məhsul yığımında iştirak etməyə icazə verilməməlidir.
Məhsul yığımında iştirak edən bütün texnikaların, mühərriklərinin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməlidir. Kollektorların birləşmə hissələrinin və atqı borusunun ara qatlarında zədələnmələr olmamalıdır. Əgər məhsul yığımı ilə eyni vaxtda biçilməmiş taxıl zəmilərinin yaxınlığında payız şumlanma işləri aparılarsa, onda həmin traktorlar da mütləq qığılcımsöndürənlərlə təmin edilməlidir.
Mühərrikin çıxış kollektoruna küləşli məhsulların düşməsinin qarşısını almaq məqsədi ilə örtüksüz (kapotsuz) və ya örtüyü (kapotu) açıq olan texnikaların istifadəsinə icazə verilməməlidir. Kombayn, traktor və özü hərəkət edən kənd təsərrüfatı texnikalarının akkumulyatorları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izoliyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və ya plastmas borularla mühafizə olunmalıdır.
Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar şəxs tərəfindən işə salınması, kombaynı yedəyə almaqla və yüksəklikdən buraxmaqla işə salınması, kombayna əlavə oturacağın quraşdırılması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra kombaynların sahələrdə saxlanması, kombaynlarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir.
Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr məsafədə tayalanmalıdır. Taxıl yetişən zaman zəmiləri yanğından qorumaq üçün xüsusi keşikçilər ayrılmalıdır.
Tarla düşərgələrində, taxıl təmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, eləcə də üzərində “Siqaret çəkmək yeri” yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır.
Biçin zamanı taxıl zəmilərinin yaxınlığında baş verə biləcək yanğınların qarşısını almaq məqsədi ilə kotanlı traktorlar olmalı, taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla təmin edilməsi, onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.
Kombayınların diyircəklərinin və digər sürtünən hissələrinin qızmasının qarşısını almaq məqsədi ilə onların vaxtlı-vaxtında yağlanmasına və etibarlı bərkidilməsinə ciddi nəzarət olunmalı, kombaynların və digər texnikaların fırlanan mexanizmlərinə dolaşan küləş kütləsi vaxtlı-vaxtında təmizlənməlidir.
Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmilərindən 100 metr aralı məsafədə yerləşdirilməlidir. Xırmanların ətraf sahələri quru otlardan, yanar materiallardan mütləq təmizlənməli, ətrafı isə 4 metr enində şumlanmalıdır. Bir daha xatırladırıq ki, kənd təsərrüfatı məhsullarının, xüsusən də taxılın oddan qorunması hər bir vətəndaşın borcudur. Taxıl bərəkətdir və o böyük zəhmət hesabına əmələ gəlir. Bu baxımdan xalqımızın bu müqəddəs və əvəzsiz sərvətini oddan qoruyaq.
Baş verə biləcək yanğınlara çevik reaksiya verilməsi məqsədilə əlverişli yerlərdə və intensiv biçin aparılan sahələrdə bir yanğınsöndürmə avtomobilinin tam heyəti ilə və magistral yol kənarlarında motoxilasedicilərin хidmətinin təşkil edilməsi, tахıl zəmilərində işləyən kоmbаynlаrın yаnındа gündəlik оlаrаq Dövlət Yаnğın Təhlükəsizliyi оrqаnlаrının əməkdаşlаrı tərəfindən növbətçilik аpаrılmаsı plаnlаşdırılıbdır. Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarında ümumilikdə 517 ədəd yaşıl süpürgələr hazırlanıb və davam etdirilir.Taxıl biçimi dövründə yuxarıda qeyd olunan faktlarla bağlı hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi Şöbələrinin «101» xidməti telefonlarına zəng etməyi unutmayın.
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti