Hər il olduğu kimi, bu il də Sədərək rayonunda tikinti-quruculuq işləri davam etdirilir. Sədərək kəndində Mərasim Evi tikilir.
Qeyd edək ki, inşaatçılar üçün normal iş şəraiti yaradılıb. Obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə yerinə yetirilir. Hazırda binanın çölündə suvaq işləri görülür, üzlənmə işi aparılır. Binanın həyətyanı sahəsi hasara alınıb və travertin daşları ilə üzlənir. Qeyd edək ki, rayonun ən böyük kəndi olan Sədərək kəndində tikilən bu Mərasim Evi hər biri 185 kvadratmetr olan iki mərasim zalı, qazanxana, mətbəxdən ibarət olacaq. Ümumi sahəsi 525 kvadratmetr olan Mərasim Evinin həyətində avtomobil parkı da salınacaq.
“Oğuz yurdu” qəzeti