Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsi qurulur

A- A A+

Muxtar respublikada mütərəqqi suvarma şəbəkələrinin əhatə dairəsinin genişlənməsi torpaqlardan səmərəli istifadəyə imkan verir. Son illərdə qurulan qapalı suvarma şəbəkələri hesabına min hektarlarla yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıbdır. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkəsi qurulur. Şəbəkə 339 hektar sahəni əhatə edir. Tikintisinə 2020-ci ilin dekabrında başlanan layihə ərazisində 27,7 kilometr suvarma xətti, 1,7 kilometr qapalı drenaj xətti çəkilib, 2,9 kilometr açıq drenaj kanalı qazılıb, 100 ədəd hovuz və hidrant quraşdırılıbdır. Layihə ərazisinə suyun verilməsi Araz çayından qidalanan “Qaraçuq-1” nasos stansiyası vasitəsilə su “Azərbaycan” nasos stansiyasına vurularaq həyata keçiriləcək, sonra su qoşa boru xətt ilə Böyükdüz kəndi ərazisində yerləşən hovuzlara ötürüləcəkdir.

                                                          “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: