Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fond tərəfindən iyun ayında pensiyaların maliyyələşdirilməsi ilə bağlı işləri başa çatdırılıb. Görülmüş tədbirlər nəticəsində bütün növ əmək pensiyalarının ödənilməsi təmin olunub, tələb olunan vəsait fondun xəzinə hesabından pensiyaçıların plastik bankomat kartlarına köçürülüb, istəkləri nəzərə alınaraq kənd yerlərində yaşayan pensiyaçılara isə poçt bölmələri vasitəsilə ödənilib. Qeyd edək ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər davam etdirilir.