Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay muxtar respublikanın Şərur rayonu ərazisində 474,6 hektar meyvə bağı və 100,71 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.
Şərur rayonu ərazisində 44750 metr kanal, 150490 metr kollektor-drenaj şəbəkəsi plana alınıb.
Həmçinin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Çərçiboğan, Çomaxtur və Qarxun kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılıb, həmin kəndlərin ərazisində müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması işləri davam etdirilib. Məmmədsabir və Muğancıq Mehrab kəndlərinin ərazisində monitorinqlərə başlanılıb.
Ötən ay 533 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 467 texniki sənəd hazırlanıb, yeni yaranmış 32 daşınmaz əmlak obyektinə ünvan verilib, 103 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 7 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, təsərrüfat fəaliyyəti ilə əlaqədar 4 ailə təsərrüfatının icarəsinə verilmiş 0,1 ha torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 10 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.