Payız-qış mövsümünə hazırlıqla bağlı görüləcək işlər müzakirə olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran  vəzifələrlə əlaqədar  müşavirə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrasına başlanılıb.

Vurğulanıb ki, Qış mövsümündə rayon ərazisində avtomobillərin qarlı günlərdə rahat hərəkət etmələri üçün yolların vaxtında təmizlənməsi, tabelikdə olan maşın və mexanizmlər üçün ehtiyat hissələrinin yaradılması və qum tədarükünün təmin edilməsi diqqətdə saxlanılmalıdır.

Elektrik Şəbəkəsi və Qaz İstismar İdarəsi tərəfindən lazımi avadanlıq ehtiyatı yaradılmalı, rayonun dağ və sərhəd kəndlərinə nəzarət gücləndirilməlidir.

Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, son illər yeni infrastrukturların yaradılması, təhsil, səhiyyə, mədəniyyət, icra nümayəndəlikləri və bələdiyyələr, eləcə də digər idarə və müəssisələr üçün müasir binalar inşa olunub, qazanxanalarla təmin edilib.

Müşavirədə payız-qış mövsümünə hazırlıqla bağlı ayrı-ayrı sahələr üzrə görüləcək işlərin təhlili aparılıb.

Röyal Məmiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: