Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay özünüməşğulluğunu təmin etmiş sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən “Göycə məhsullarının satışı yarmarkası”nda və muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 41 qadının 709.50 manat dəyərində 139 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına 494 uşaq haqqında fərdi məlumatlar daxil edilib, tədrisə cəlb edilmiş 120 sağlamlıq imkanları məhdud uşaqlarla bağlı 19 müəssisədə monitorinq keçirilib.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 4 uşaq müəssisəsində və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşağın evində monitorinq keçirilib. Ötən ay valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1 uşağın qeydiyyatı aparılıb.