NUHÇIXAN xəbər verir ki, “Naxçıvanqaz” İstehsalat Birliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib. Birliyin direktoru Ramin İsmayılov bildirib ki, qaz təchizatı sistemində mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək, istismar üçün yararsız qaz xətləri və avadanlıqlar müəyyən edilərək yenilənməsi diqqətdə saxlanılacaq. Qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görüləcək, təbii qazdan qanunsuz istifadə hallarına nəzarət gücləndiriləcək.
Muxtar respublikada təbii qaz təchizatının etibarlılığını və səmərəliliyini artırmaq, qaz istehlakçılarını fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək məqsədilə “Naxçıvanqaz” İstehsalat Birliyi üzrə müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilir.
Ramin İsmayılov qeyd edib ki, 4 avqust 2018-ci il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə “Naxçıvanqaz” İstehsalat Birliyinin qarşısına qoyulan vəzifələrin icrası istiqamətində müvafiq işlər görüləcək.
Çıxış edənlər payız-qış mövsümünə hazırlıqla bağlı məlumat veriblər.
Adilə Səfərova