Füzuli və Ağdamın azadolma tarixləri də abunə kodlarında əks olunacaq

A- A A+

Ağdan və Füzulidə də qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşdırılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır: "Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezliklə bu rayonlarda olan qeyri-əhali qrupu istehlakçıların abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq".

Qeyd edək ki, artıq "Azərişıq" azad edilmiş digər rayonların abunə kodlarında rayonların azadolma tarixlərini əks etdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: