Batabatda növbəti dərmanlama tədbirləri görülüb - FOTOLAR

A- A A+

Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində gicitkən və şeytanqanqalı adlanan kəpənək tırtılları ilin bu mövsümündə isti hava şəraitində inkişaf edərək ərazidəki ağaclara və kol bitkilərinə ziyan verir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tərəfindən ziyanvericilərə qarşı dezinfeksiya tədbirləri davam etdirilir. Dərmanlama tədbirinə Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizlik Şöbəsinin rayon Baytarlıq idarəsinin avtomobilləri cəlb olunub.

Qeyd edək ki, Batabat muxtar respublikamızda sakinlər, yerli və xarici turistlər tərəfindən ən çox ziyarət edilən turizm zonalarındandır. Buna görə də qoruq ərazisindəki kol və ağac bitkiləri ilə yanaşı, insanların istirahət etdiyi ərazilər də mütəmadi dərmanlanır.                          

Aid təşkilatların əməkdaşları avtomobillərin hərəkət edə bilmədiyi ərazilərdə də dezinfeksiya tədbirləri görüblər.

 

                           Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: