Sinoptiklərdən xəbərdarlıq: Bəzi dağ çaylarında daşqın və sel olacaq

379

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-18 metr/saniyə olacağı, iyunun 12-i səhər yarımadanın bəzi yerlərində arabir saniyədə 20 metrədək güclənəcəyi gözlənilir.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, iyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: