Şərurda 15 İyun- Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə yeni istifadəyə verilən Bayraq Meydanında tədbir keçirib.
Tədbirdə YAP Şərur rayon Təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Əmir Babayev bildirib ki, ulu öndər Heydər Əliyev istər keçmiş sovetlər dövründə, istərsə də müstəqillik illərində ölkənin iqtisadi, sosial inkişafı istiqamətində mühüm addımlar atıb, Vurğulanıb ki, ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr yüksələn xətlə inkişaf edir. Bu inkişafı Naxçıvan Muxtar Respublikasının timsalında daha aydın görmək olur. Ötən illərdə olduğu kimi, bu il də Şərur rayonunda mühüm əhəmiyyət kəsb edən sosial obyektlər tikilib istifadəyə verilir, əhalinin maddi-rifah halı yaxşılaşdırılır. Elə tədbirin keçirildiyi Bayraq Meydanı da quruculuq siyasətinin layiqli töhfələrindən biridir. Yüz illər keçsə də, dünya şöhrətli siyasətçi ümummilli liderimiz Heydər Əliyevin adı, amalları və əməlləri Azərbaycanın özü kimi əbədi və möhtəşəm olacaq.
Tədbirdə diqqətə çatdırılıb ki, Vətən müharibəsində YAP-ın üzvlərindən olan şərurlu gənclər döyüş meydanında böyük şücaətlər göstərib, vətən torpağını göz bəbəyi kimi qoruyaraq şəhidlik zirvəsinə ucalıblar.
Məhəmməd Fərəcov