Muxtar respublikada bu ilin ilk 5 ayında əmək pensiyalarının maliyyələşdirilməsinə 78 milyon 28 min manat vəsait yönəldilib

239

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2021-ci ilin ilk 5 ayı ərzində müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə Fondun xəzinə hesabına 46 milyon 19 min 800 manat vəsait daxil olub. Bu proqnoz üzrə nəzərdə tutulmuş vəsaitdən 1 milyon 829 min 800 manat və ya 4,1 faiz çoxdur.

Qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma  isə 11 milyon 240 min manatdan artıq olub.

Bu ilin ilk 5 ayı ərzində Fondun büdcəsinin xərclər hissəsi 81 milyon 230 min 700 manat icra olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 milyon manat, yaxud 6,1 faiz çoxdur. Bu ilin əvvəlində muxtar respublika üzrə 46 min 388 əmək pensiyaçısının pensiyalarının sığorta hissəsinin 11,4 faiz indeksasiya olunaraq artırılması əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcminin artmasına mühüm təsir göstərib. Belə ki, bu ilin 5 ayında əmək pensiyalarının maliyyələşdirilməsinə 78 milyon 27 min manat vəsait yönəldilib. Əmək pensiyaları və məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 57,6 faizi sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: