Culfa rayonunun 15 igid oğlu Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  bu barədə Culfa rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbirdə danışılıb.

Əvvəlcə vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov bildirib ki, bu gün düşmən üzərində şanlı qələbə çalan qalib Azərbaycan dünyaya öz gücünü, sarsılmazlığını və əyilməzliyini sübut etdi. Bu zəfərin qazanılmasında ölkəmizin digər bölgələrindən olan vətən oğulları kimi, Culfa rayonunun cəsur hərbçiləri də öz qüvvəsini tam səfərbər etdi. Rayonun 15 igid oğlu  Vətən müharibəsində canını qurban verərək ən ali zirvəyə, şəhidliyə ucaldı. 50-ə yaxın culfalı hərbçi isə öz sağlamlığından keçib, qazi adını qazandı. 

Qeyd olunub ki, Ulu öndərimizin quruculuq və inkişaf strategiyasının davam etdirilməsi bu gün Culfanı da müasir və inkişaf edən diyara çevirib. Culfa şəhəri və rayonun kəndləri simasını tam dəyişib, müasirliyə qovuşub. Bütün bunlar  məhz 15 iyun Milli Qurtuluş Gününün bəhrələridir.

Tədbirdə YAP sıralarına yeni daxil olan bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunub.

Sonda iştirakçılar “Milli Qurtuluşdan İntibaha” sənədli filminə baxıblar.                     

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: