Naxçıvanlı həkimlərin elmi ixtirası Londonda diploma layiq görülüb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Oftalmologiya şöbəsinin həkim-oftalmoloqu Rəhmiyyə Əliyevanın və bacısı, M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının həkim-uroloqu Gövhər Əliyevanın “COVİD – 19-un azitromicin və rifampicinlə müalicəsinin mümkünlüyü haqqında” adlı elmi ixtira-məqalələri Londonda keçirilən Avropa Elmi Araşdırmalar (ixtiralar) Cəmiyyətinin “Elmdə, təhsildə, texnologiyalarda innovasiyalar” adlı elmi-praktik konfransında diploma layiq görülüb.

Sənəddə qeyd edilir ki, verilən diplom bu elmi ixtira-məqalənin müəlliflərinin yüksək peşəkarlığını təsdiqləyir. Məqalə Londonda çıxan “Avropa Elmi Araşdırmalar (ixtiralar), elmdə, təhsildə və texnologiyada innovasiyalar” jurnalında da dərc edilib.

Müəlliflərin “COVİD – 19 zamanı müştərək orqan çatışmazlığını əmələ gətirən səbəblər” adlı ikinci elmi ixtira-məqalələri isə Avropa Elmi Araşdırmalar (ixtiralar) Cəmiyyətinin bu il yanvarın 12-13-də keçirilən “Elmdə, təhsildə, texnologiyalarda innovasiyalar” adlı 69-cu elmi-praktik konfransında diploma layiq görülüb. Yüksək peşəkarlığına görə fərqlənən bu elmi məqalə isə “European ressearch” jurnalının birinci nömrəsində dərc edilib.

                                                                            “Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: